Evə və ofisə çağırış

  • Klinikaya getməyə vaxtınız yoxdur?

  • Fərdi yanaşma istəyirsiniz?

  • Növbələrdə durmaq və ya həkimi uzun müddət gözləməkdən bezmisiniz?

  • Həkimin diqqət və qayğısının 100% məhz Sizə yönəlmiş olduğunu istəyirsiniz?

  • Bütün tibbi məsələlərinizin və tibbi qayğınızın məhz bir həkim tərəfindən idarə olunmasını arzu edirsiniz?

  • Harada əməliyyat olunmağınızdan, hansı ölkədə olduğunuzdan və ya hansı xəstəxanaya yerləşdirilməsindən asılı olmayaraq, fərdi həkiminizin daim Sizə dayaq olmasını istəyirsiniz?

  • Axşam işdən gec çıxırsınız?

Onda, bizə müraciət edin və fərdi tibbi xidmətlərimizdən yararlanın. Evə və ya ofisə yüksək səviyyəli həkim və ya tibb bacısı çağırışı xidmətlərimizdən Siz də bəhrələnin.

Evə və ya ofisə çağırış xidmətlərimiz Sizi və ailənizin üzvlərini özəl şəraitdə, vaxtınıza qənaət etməklə və əlavə əziyyət verməməklə, ən yüksək keyfiyyətli tibbi xidmətlə təmin edəcəkdir.

Advertisements