Haqqımızda

“Baku Medical Concierge” – peşəkar və təcrübəli milli və xarici mütəxəssislərdən ibarət tibbi məsləhət, müşaiyət və yönləndirmə xidmətidir.

Fransız dilində “concierge” sözünün mənası “qayğıkeş” deməkdir. Sizə göstərdiyimiz xidməti məhz bu tək sözlə ifadə etmək kifayətdir!

Bizim həkim-mütəxəssislərimiz və həkim-koordinatorlarımız tibbi qayğı prosesində daim yanınızda olmaqla yanaşı, Sizi və ya xəstəlikdən əziyyət çəkən yaxınınızı tibbi səhvlərdən qoruyur, diaqnostika və müalicənin düzgün, vaxtında və ən müasir ABŞ və Avropa standartlarına uyğun aparılmasını təmin edir.

 

Bizi seçməklə, Siz aşağıdakıları əldə etmiş olursunuz:

  • Həftənin 7 günü, hər gün 24 saat ərzində ən yüksək keyfiyyətli və ABŞ və Avropanın müasir standartlarına cavab verən tibbi xidmətlərə çıxış əldə etmək.
  • Profilaktik təbabətin ən qabaqcıl imkanlarından yararlanmaq.
  • Fərdi ehtiyaclarınıza uyğun və ən yaxşı klinik nəticələrə hədəflənmiş müasir diaqnostika və müalicə imkanlarından faydalanmaq.

 

“Baku Medical Concierge” tibb xidməti peşəkar və təcrübəli ailə həkimləri, həkim-mütəxəssislər və orta tibb personalını özündə birləşdirən və Sizi ən yüksək səviyyəli tibbi xidmətlərlə təmin edən bir mərkəzdir.

Tibbi komandamız bir ailə kimi çalışır! Sizin sağlamlığınızla bağlı narahatçılıqlarınızı bölüşən mütəxəssislərimiz ilk növbədə insanlıq, mərhəmət və qayğıkeşlik prinsipləri əsasında fəaliyyət göstərir.

Xəstəliyinizdən və sağlamlıq durumunuzdan asılı olmayaraq, biz Sizə ən keyfiyyətli tibb mütəxəssislərinə və ən yaxşı xəstəxanalara çıxış təmin edir, bütün diaqnostika, müalicə və reabilitasiya prosesində yanınızda olmaqla, tezliklə yenidən ailənizə qovuşmaqda Sizə kömək edirik.

Advertisements