Tibbi xidmətlərimiz

Göstərdiyimiz fərdi tibbi xidmətlərimizin mərkəzində İnsanlıq, Mərhəmət, Qayğıkeşlik və yüksək keyfiyyətli xidmət durur!

Bizim xidmətlərimiz fərdi yanaşma əsasında qurulub.

Bütün xidmətlərimiz Sizin və ya xəstənizin fərdi ehtiyaclarına uyğun, peşəkar və qayğıkeşlik şəraitində göstərilir.

Ənənəvi poliklinikalardan fərqli olaraq, bizim həkim-mütəxəssislərimiz daha təcrübəlidir və məhdud sayda xəstəyə xidmət göstərir. Şirkətimizin xidmətlərindən istifadə etməklə, Siz həftənin 7 günü, gündə 24 saat peşəkar və təcrübəli mütəxəssislərimizə çıxış əldə etmiş olursunuz.

Sizə qayğı göstərən həkim-mütəxəssisimiz həm sağlamlıq durumunuzda, həm də xəstəliyiniz zamanı daim Sizi müşayiət edəcəkdir. Xəstəxanaya hospitalizasiya olunduqda, cərrahi müdaxilə və ya böyük əməliyyata hazırlaşdıqda, keçirilmiş xəstəlikdən və ya əməliyyatdan sonra evə yazıldıqda bizim həkimlərimiz Sizin qayğınızı koordinasiya edəcək, ən yaxşı xəstəxana, ən yaxşı və təcrübəli həkim seçməyə yardımçı olacaq, dərmanlarınızın qəbulunu tənzimləməyə kömək edəcək və sağlamlığınızın qısa zamanda bərpası üçün Sizinlə birgə çalışacaqdır.

Profilaktik təbabət.

Xronik xəstəliklərinizin (yüksək qan təzyiqi, keçirilmiş insult və ya infarkt, şəkərli diabet, böyrək xəstəliyi, psixi xəstəlik və s.) davamlı təqibi və müalicəsini, ABŞ və Avropanın aparıcı ölkələrinin tibbi təlimatlarına uyğun tibbi qayğınızın təmin edilməsini bizə həvalə edin.

Nəsilinizdə şəkərli diabet, bağırsaq xərçəngi, böyrək xəstəliyi, hipertoniya, infarkt, insult və digər ağır xəstəliklər keçirmiş və ya onlardan vəfat edən qohumlarınız var?

Sizin bu xəstəliklərə tutulma riskinizi qiymətləndirmək və fərdi profilaktik müayinə və müalicə proqramını tərtib etməyi bizə həvalə edin.

Təcili və təxirəsalınmaz tibbi yardım.

Həkim tərəfindən ləngimədən müayinə və müalicəsi tələb olunan təcili və ya təxirəsalınmaz ciddi tibbi problem, ağır kəskin xəstəliklə üzləşdikdə və ya xronik xəstəliyinizin kəskinləşməsi hallarında, bizim mütəxəssislərimiz ən qısa zamanda Sizə ilkin tibbi yardımın göstərilməsini təmin edir, diaqnostika və müalicəniz üçün ən yaxşı tibb müəssisəsi (xəstəxana) və ən yaxşı həkimlər briqadasını müəyyən etməkdə yardımçı olur.

Mütəxəssislərimiz Sizin maraqlarınızı müdafiə etməklə, aparılan bütün diaqnostik və müalicə tədbirlərinə, cərrahi müdaxilələrin düzgün aparılmasına nəzarət edir, müdaxilələrin gərəkli olub olmadığını yoxlayır, təyinatların ABŞ və Avropanın aparıcı ölkələrinin ən son təlimatlarını uyğun olduğunu təmin edir.

Sağlam uzun ömürlü həyat.
Sağlam və uzun ömür yaşamağınız üçün, bizim mütəxəssislərimiz Sizi ehtiyaclarınız və risklərinizə uyğun fərdi tibbi məsləhətlərlə təmin edir. Vaxtında profilaktik müayinələr, vaksinasiya və immunlaşdırmaların aparılması, səyahətdən qabaq və sonra tibbi profilaktika tədbirlərinin aparılmasını bizə həvalə edə bilərsiniz.

Advertisements